Təhlükəsizlik agentliklərinin Amerika ilə danışıqlarındakı rolu ilə bağlı məsələ qaldırıldı

ELAZ.İNFO xəbər verir ki, İran parlamentində 100-dən çox deputatın iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzusu regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Amerika ilə danışıqlar prosesi olub.
Zahidanı təmsil edən məclis üzvü və iclasın sədri Fəda Hüseyn Mələki cümə axşamı günü “Tasnim” xəbər agentliyinə deyib ki, millət vəkilləri müxtəlif narahatlıq doğuran məsələlər və suallar, o cümlədən təhlükəsizlik agentliklərinin Amerika ilə danışıqlarındakı rolu ilə bağlı məsələ qaldırıblar.
Nazir Xətib, Donald Trampın yeni prezidentliyindən sonra dünyada və regionda baş verən siyasi hadisələrdən danışaraq, Amerikanın bölgədə artan hərbi gücünə və İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün gördüyü tədbirlərə işarə edib.
Xətib, eyni zamanda millət vəkillərini son hadisələrlə başlı söhbətlərdə hadisələri şişirtməkdən çəkinməyə çağırıb.


Aydan Şərbətova

Bizimlə oxuyun
Verified by MonsterInsights