ELAZ.İNFO xəbər verir ki, Fransanın paytaxtında- Parisdə Ukrayna sammiti baş tutub. Və bu sammitdə 26 ölkə Ukraynada özünün qoşunun yerləşdirəcəyini bəyan edib.
Məlumat üçün bildirək ki, qoşunlar yalnız atəşkəs olduğu təqdirdə Kiyevə daxil olacaq. Onlar Ukraynanı həm suda, həm quruda, həm də havada müdafiə edəcəklər.
Ukraynada Sülh istəyənlərin Koalisiyası toplaşan ölkələrin rəhbərlərinin heç də hamısı bu sammitə əyani olaraq qatılmayıb. Bəziləri bu görüşə onlayn olaraq qatılıb.
Yelisey sarayında Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ nümayəndəsi Stiv Vitkoff və bir sıra Avropa liderləri canlı olaraq iştirak ediblər.
İclasa sədrlik edən Makron yenə öz ampulasında olub. O bildirib ki, “Moskva sülhü rədd edərsə, Avropa ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Makronun səsləndirdiyi bu fikirlərdə maraqlı nüanslar təəccüb doğrurmaqdadır. Ən azı dünya ABŞ-ın, Donald Tramp Putini və rəsmi Moskvanı ardıcıl olaraq sülhə dəvət edir. Bunlar açıq olaraq dünyanın gözü qarşısında baş verir. Bəs hədə olaraq səsləndirilən təhdidlərin arxasında hansı qaranlıq məqamlar gizlənir?
İlahə BAYINDIR