Tədrisin keyiyyəti dayanmadan aşağı düşür

ELAZ.İNFO. Qrant siyasəti bütün sahələrdə olduğu kimi elm və təhsilin inkişafı üçün də vacibdir lakin, layihə idarə edənlər yaxşı bilir ki, layihə icra olunduğu müddət ərzində mütəmadi monitorinq edilməli və nəticələr ölçülə biləcək formada qiymətləndirilməlidir. Nəzərdə tutulan məqsədə nail olmaq və təsir mütləq ölçülməlidir.

Bu gün illərlədir ki Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə tutarlı dəyişikliyin şahidi olmuruq. Tədrisin keyiyyəti dayanmadan aşağı düşür, yeniyetmələrdə aqresiya və ruh sağlığının durmadan enməsi müşahidə olunur. Ailələrin müraciətlərinə əsasən deyə bilərəm ki, bu günkü yetişən gənclik sabah cəmiyyət üçün problemli nəsil olacaqdır. Yeniyetməlik sindroma çevrilib. Halbuki bu bütün zamanlarda mövcud olub, amma indiki vəziyyətdə olmayıb. Bunun əsas səbəbi məktəblərdə müəllimin nüfuzunun kiçildilməsi, məktəbi repititorların biznesinə yenik salınmasıdır.

Mən tövsiyə edərdim ki, hələ ki, pərakəndə, heç də nəticəsi olmayan layihələri icra etməkdənsə tədris planında dəyişiklik edib, zamanın tələbinə uyğun tədris vahidləri əlavə edilsin. Təhsil millətin varlığı deməkdir. Bunu layihələrin oyununa çevirməyək.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights