ELAZ.İNFO xəbər verir ki,Osmaniyenin Kırıklı kəndində yaşayan ana N.A çərşənbə günü saat 23:00 radələrində hidrosefaliya xəstəsi olan övladı E.A.-nın nəfəs ala bilmədiyini anlayınca 112 Təcili Zəng Mərkəzinə zəng edib. Əlil övladının boğazına gavalı ilişdiyini bildirən ana N.A telefonda “Əlil övladıma verdiyim gavalı boğazına ilişib. Mənim üçün bir şey etməlisən” dedi.
Telefonla danışan Təcili Tibbi Yardım Texniki Öznur Bolat panikaya düşən ananı sakitləşdirib və Heimlich manevrini izah edib. Anasının etdiyi manevrlə E.A-nın boğazından gavalı çıxarılıb.
Aydan ŞƏRBƏTOVA
