Təbrizin Gizli Ürəyi və Qadınların İlk İttifaqı

ELAZ.İNFO

XX əsrin əvvəlləri Yaxın Şərqdə siyasi silkələnmələrin dövrü idi. İranda isə bu silkələnmələr Məşrutə inqilabı (1905–1911) ilə zirvəyə çatdı. Qacar monarxiyasının istibdadı, fars bürokratiyasının şovinizmi və xarici güclərin (Rusiya və İngiltərə) basqıları altında əzilən xalqlar azadlıq uğrunda ayağa qalxdılar.

Bu inqilabın ən güclü dayağı Güney Azərbaycan, xüsusən Təbriz oldu. Burada xalqın mübarizəsini gizli şəkildə təşkilatlandıran Əncümənü-Mərkəze-Qeybi adlı milli təşkilat meydana çıxdı. Paralel olaraq, Tehranda qadınlar da tarixdə ilk dəfə olaraq gizli ittifaq – İttihadiyyə Qeybi Nisvan – yaratdılar. Bu iki qurum bir-birini tamamlayan və Məşrutə hərəkatının uğuruna mühüm təsir göstərən gizli mərkəzlər idi.

Əncümənü-Mərkəze-Qeybi 1322–1324 hicri illərində (1904–1906) Təbrizdə formalaşdı. Bəzi şahidlər, məsələn Hüseyn ağa Fəşəngçi, təşkilatın köklərini daha əvvəldən – dini mərasimlər adı altında keçirilən gizli toplantılarda görürdülər. Əslində bu təşkilat “İctimaiyun-ı-Amiyun” adı ilə fəaliyyətə başlayıb.

Əsas lider Kərbəlayı Əli Misyö (Hacı Əli Davafuruş) idi. Digərləri arasında:

Məhəmmədəli xan Tərbiyət,Seyid Həsən Təqi-zadə,Hacı Rəsul Sədqiyani,Mircəfər Xəzduz,

Hacı Əlinəqi Gəncəyi,Mirəliəkbər Səraç və başqaları vardı.

Təşkilat gizli iclaslarla işləyirdi. Üzvlər 11 nəfərlik qruplara bölünür, yalnız öz rəhbərlərindən göstəriş alırdılar.

Toplantılar qaranlıqda keçirilirdi ki, üzvlər bir-birini tanımasın.

Tam məxfilik, sərt intizam və xəyanətə qarşı amansız cəza tətbiq olunurdu.

 Təbrizdə seçkilərə, Əyalət Əncüməninə və şəhər idarəçiliyinə təsir göstərirdilər.

Silahlı müqavimət: Əncümən ilk dəfə “mücahid” anlayışını siyasi leksikona gətirdi. Xalq silahlandırıldı, hərbi təlimlər təşkil olundu. Səttarxan, Bağırxan, Hüseyn xan Bağban kimi liderlər bu dəstələrdən çıxdı.

İctimai təşkilatlanma: Nizam-intizamı qoruyur, maliyyə toplayır, şəbnamələr yayır, xalq arasında azadlıq ideyalarını təbliğ edirdilər.

1908-ci ildə Məhəmmədəli şah Məclisi topa tutduqdan sonra Təbriz 11 ay boyunca mühasirədə qaldı. Əncümənün rəhbərliyi ilə şəhər müqaviməti davam etdirdi. Aclıq, xəstəlik və rus qoşunlarının hücumu nəticəsində şəhər işğal olundu. Onlarla mücahid edam edildi: Səttarxan yaralandı, Əli Misyönün oğulları Həsən və Qədir dar ağacına çəkildi. Onların “Yaşasın Məşrutə, Yaşasın Azərbaycan” şüarı tarixə düşdü.

Güney Azərbaycanın ilk müasir gizli milli təşkilatı idi.Xalq hökuməti nümunəsini göstərdi.

Özünümüdafiə və təşkilatlanma dərsi verdi.Milli ruhu oyatdı və gələcək istiqlal mübarizələri üçün zəmin yaratdı.

Məşrutə dalğası qadınları da oyatdı. 1286-cı ildə (1907), Tehranda bir qrup qadın gizli təşkilat qurdu – İttihadiyyə Qeybi Nisvan. Bu, İran tarixində qadınların siyasətə ilk kütləvi və gizli girişi idi.

Əsrlərlə qadınlar evin içində saxlanılır, təhsildən məhrum edilirdilər. Az sayda məktəbə gedən qızlar da 9 yaşından sonra dayandırılırdı. Məşrutə isə bu divarları qırmağa başladı.

1285-ci ildə yüz qadının küçədə nümayişi – onların təşkilatlanmasını göstərdi.

1286-cı ildə “Nida-yi Vətən” qəzetində dərc olunan “Məqaleyi-Müxdərat” qadınların radikal siyasi tələblərini ortaya qoydu. Məqalə “İttihadiyyə Qeybi Nisvan” imzası ilə çıxmışdı.

Qadınların seçki hüququ və Məclisdə təmsil olunması.Qanunun icrası, ədalətin bərpası.

Maliyyə və iqtisadi islahatlar: anbarların açılması, bankların yaradılması, korrupsioner məmurların sərvətinin müsadirəsi.Azad mətbuat və söz azadlığı.

Məqalədə belə radikal çağırış vardı: “Əgər kişilər qanun yarada bilmirlərsə, 40 gün ölkəni biz qadınlara verin. Biz qanunu düzəldərik, ədaləti bərpa edərik, istibdadı kökündən qopararıq.”

Millət vəkilləri bu hərəkatı “qeyri-əxlaqi” adlandıraraq yasaqlanmasını istədilər. Lakin qadınlar gizli fəaliyyətlərini davam etdirdilər, şəbnamələr yaydılar, qızların satılması kimi faciələri gündəmə gətirdilər. Onlar İran tarixinin ilk feminist təşkilatı kimi qəbul olunurlar.

Əncümənü-Mərkəze-Qeybi Təbrizi qorudu, mücahidlər yetişdirdi, xalq hökuməti nümunəsi yaratdı.

İttihadiyyə Qeybi Nisvan qadınların səsini ucaltdı, siyasi tələblərlə çıxış etdi, patriarxal sistemi sarsıtdı.

Hər iki təşkilatın ortaq cəhəti – gizli fəaliyyət, milli iradə, istibdada qarşı çıxış və xalqın təşkilatlanmasıdır.

Nəticə

Məşrutə inqilabının gizli təşkilatları – Təbrizin Əncümənü-Mərkəze-Qeybi və Tehranın İttihadiyyə Qeybi Nisvanı – Güney Azərbaycan və İran tarixində yeni dövrün başlanğıcı idi. Onlar sübut etdilər ki,Gizli təşkilatlanma xalqın mübarizə alətidir;Qadın və kişi bərabər mübarizə aparmadan azadlıq olmaz;Milli hökumət ideyası yalnız şüar deyil, praktik idarəçilik modelidir.

Bu gün Güney Azərbaycan istiqlal hərəkatı üçün onların dərsi aydındır: azadlıq yolunda gizli və açıq mübarizəni, kişi və qadının birliyini, milli hökumət ideyasını davam etdirmək.

Rıza Qaraçay

Güney Azərbaycan İstiqlal hərəkatı araşdırmaçısı

Bizimlə oxuyun
Verified by MonsterInsights