ELAZ.İNFO xəbər ki,Güney Azərbaycan türklərinə və İrandakı digər türklərə dəstək məqsədilə “Təbriz, Bakı, Ankara” video kampaniyasına start verilib.
İsrailin İran hərbi mərkəzlərinə son hücumları və türk bölgələrində təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqların artmasının ardınca sosial mediada “Təbriz, Bakı, Ankara” adlı kampaniya başlayıb.
Quzey Azərbaycan və Türkiyə vətəndaşlarının başlatdığı bu kampaniya bölgələrdə türk xalqları ilə həmrəylik ifadə etməkdir.
Təhlilçilər hesab edirlər ki, bu cür addımlar İranda yaşayan türklərin durumuna regional ictimaiyyətin diqqətinin artırılmasında mühüm rol oynaya bilər.
Natəvan BƏYDİLİ
