Təbrik edirik yoldaş General!

ELAZ.İNFO xəbər verir ki, 1 oktyabr Vətən müharibəsi iştirakçısı, vətənpərvər zabit, Dövlətini və Millətini sevən insan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, Əfqan Vəli oğlu Nağıyevin doğum günüdür.

Cənab generalı təbrik edirəm, Allahdan uzun ömür can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq.

Məlumat üçün bildirək ki, Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights