Təbliğat ilk növbədə insanların düşünmək, təhlil etmək qabiliyyətini atrofiyaya uğradır. Bundan sonra isə insanlar sürüyə çevrilir, deyilən hər fikri həqiqət kimi qəbul edirlər – hətta bir fikir digər fikri inkar etsə də.
Misal:
1-ci təbliğat bloku
Qərb Ukrayna müharibəsi gedişində və ondan da əvvəl Rusiyanın çox zəif olduğunu, əhalinin içib küçələrdə yatdığını, heç bir texnoloji üstünlüyə malik olmadığını, “itələsən yıxılacaq” çürük divar olduğunu, dünya iqtisadiyyatında cəmi 2-3% paya malik 3-cü dünya ölkəsi (Kollektiv Qərbin isə – 30% paya malik texnoloji lider blok) olduğunu təbliğ edir. Bu təbliğat blokuna görə Rusiya ordusu heç nəyə qadir deyil, bütün texnikası və milyonlarla əsgəri Ukraynada məhv olub, 4 ilə yaxındır müharibə aparır, amma heç Dnepr çayına çata bilməyib, ordusu da özü kimi çürükdür və s. Bu təbliğatdan belə çıxır ki, Rusiya çox zəifdir.
2-ci təbliğat bloku
Rusiya vəhşidir, yırtıcıdır, milyonlarla qoşunu və saysız-hesabsız texnikası var, qısa müddətə Fransayadək gələ bilər. Avropa özünü qorumalıdır! Buna görə də Avropa neçə aydır Trampın ayağına düşüb ki, amanın günüdür, bizi Rusiya ilə tək qoyma. Nə deyirsən, etməyə hazırıq – səndən $100 milyardlıq silah da alarıq, $750 milyardlıq neft-qaz da alarıq, hələ üstəlik ABŞ-a $450 milyardlıq investisiya da qoyarıq, mallarımıza qoyduğun 15% tariflə də razıyıq, lap ayağının altında uzanmağa da razıyıq… amma bizi bu Rusiyadan qoru. Sən olmasan, Rusiya bütün Avropanı işğal edəcək!
Məntiqi olan adam burda düşünməlidir:
1-ci təbliğat bloku doğrudursa, 2-ci doğru deyil, 2-ci təbliğat bloku doğrudursa, 1-ci doğru deyil.
Amma, görünür, təbliğat artıq məntiqi təfəkkürü tam yuyub aparıb.
Asif ŞƏFƏQQƏTOV