ELAZ.İNFO xəbər verir ki, ekspert İlham Əhmədov özünün sosial şəbəkə hesabında Təhsil Nazirinin son fikirlərinə maraqlı münasibət bildirib.
“Təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər.”
(Azərbaycan Prezidenti İlham Əliyev)
Biz prosesləri yox, nəticələri maliyyələşdiririk (E. Əmrullayev).
Nazirin sözü prezidentin sözündən tam fərqlidir. Hiss edilir ki, nazir elm və təhsil sahəsində tam təcrübəsizdir, baxmayaraq ki, 12 ildir nazirlikdə yüksək vəzifələrdədir, bunun 5 ilini də nazirdir.
Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb. Ona görə də elm və təhsilə ayrılan büdcə israf edilir, nəticəsiz olur. Son 5 ildə bu daha aydın görünür.
Proseslər maliyyəlışməsə, nəticə olarmı?
Natəvan Bəydili
