ELAZ.İNFO xəbər verir ki, Dekabrın 25-dən 26-na keçən gecə Yaponiyanın şimalında, Hokkaydo və Aomori prefekturaları yaxınlığında 5.6 maqnitudalı (bəzi mənbələrdə 5.7) güclü zəlzələ baş verib.Yeraltı təkanlar 62 km dərinlikdə qeydə alınıb. Şanslıyıq ki, bu dəfə sunami təhlükəsi elan edilməyib və ciddi dağıntı xəbəri yoxdur.Lakin seysmoloqlar bu bölgədə aktivliyin artdığını və dekabrın əvvəlində baş verən 7.5 ballıq zəlzələdən sonra “meqazəlzələ” ehtimalının hələ də gündəmdə olduğunu bildirirlər. Bu, qlobal təchizat zəncirində mühüm rol oynayan Yaponiya iqtisadiyyatı üçün ciddi risk deməkdir.
Ruslan MƏMMƏDOV


