ELAZ.İNFO xəbər verir ki, planetimiz hələ də insan övladını heyrətləndirməyə davam edən, sanki başqa bir dünyadan gəlmiş kimi görünən hadisələrlə doludur. Bəzi təbiət hadisələri o qədər qeyri-adidir ki, onları görənlər gözlərinə inanmaqda çətinlik çəkirlər. Bu gün “Maraqlı” bölməmizdə sizi dünyanın ən sirli guşələrinə səyahətə aparırıq.
Venesuelada, Katatumbo çayının Marakaybo gölü ilə birləşdiyi yerdə ilin 260 günü, gündə 10 saatdan çox davam edən şimşək çaxmaları baş verir. Bu fenomen “Bitməyən fırtına” kimi tanınır və hər dəqiqədə təxminən 28 şimşək çaxır. Maraqlıdır ki, bu nəhəng enerji mənbəyi heç bir səs (göy gurultusu) çıxarmadan baş verə bilir və gəmilər üçün təbii mayak rolunu oynayır.
Ruslan MƏMMƏDOV