Təbiətə yaxın olun və sağlamlığınızı qoruyun!

Yaddaşınızı gücləndirmək istəyirsiniz?

O zaman birinci növbədə açıq və təmiz havada gəzəcəksiniz. Söz-söhbətdən, qal-qeybətdən uzaq duracaqsınız. Faydalı əməklə, idmanla məşğul olacaqsınız.

Yaddaşınızı gücləndirməkdə sizə təbii otlar da kömək edəcək. Sizə təqdim edəcəyimiz aşağıdakı şəfalı otlar yaddaşınızı gücləndirəcək, beyin sağlamlığınızı qoruyacaq.

Əsasən yeməklərdə rəngləyici olaraq istifadə etdiyimiz sarıkökün tərkibindəki curcumin adlı güclü birləşmə beyin sağlamlığını qoruyaraq təbii iltihab əleyhinə təsir göstərir və antioksidant xüsusiyyətləri özündə birləşdirir. Mütəxəssislər bu bitkini alzheimer xəstəliyinə qarşı mübarizədə faydalı vasitə hesab edirlər.

Rozmarin (Bibəriyə) kimi tanıdığımız bu möcüzəli bitkinin hətta qoxusu da yaddaşa yaxşı təsir edir. Bitkinin tərkibindəki karnozik turşusu beyin hüceyrələrini qoruyur və zehni funksiyaların öz işini yerinə yetirilməsində yardımçı olur.

Vətəni Çin olan Jenşen (Ginseng) insanın həm fiziki, həm də zehni yorğunluğu azaltmaqla idrak performansını artıran vasitələrdəndir.

Amma Çin jenşenindən fərqli olaraq Koreya jenşeninin unutqanlığa və diqqəti toplamağa daha çox faydalı olduğu düşünülür.

Yaddaşa yaxşı təsir edən digər bitkilərdən biri də Adaçayıdır. Adaçayının tərkibindəki antioksidantlar beyin hüceyrələrini qoruyur və zehni funksiyaları gücləndirir, konsentrasiyanı artırır və öyrənməyi asanlaşdırır.

Göründüyü kimi, təbiət həmişə öz gücünü və qüdrətini insan oğluna sübut edir. Təbiətə yaxın olun və sağlamlığınızı qoruyun!

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights