Tələbələrin hazıqlıq səviyyəsi ilbəil aşağı enir

ELAZ.İNFO. BAKI. 19.05.2025

ELAZ.İNFO xəbər verir ki, İlham Əhmədov özünün sosial şəbəkə hesabında  təhsilin  bugünkü halının çox gözəl müqaisəsini aparmışdır.

 O, Rusiya Elmlər Akademiyasının prezidentinin öz xalqının təhsil problemini necə işıqlandırdığını, eyni zamanda Azərbaycan Elmalər Akademiyasının Prezidentinin susqunluğunu ürək ağrısı ilə qeyd edib:

-“Universitetlərdə tələbələrin hazıqlıq səviyyəsi ilbəil aşağı enir, bunun səbəbi məktəb təhsilinin keyfiyyətsiz olmasıdır. Məktəblərdə ideoloji vakum hökm sürür. Digər bir problem də son illər müəllim nüfuzunun aşağı düşməsidir.”  (RF EA-nın prezidenti akad. A. Sergeyev-2021-ci il).  

İ.Əhmədov vurğulayıb ki, “qonşu dövlətin təhsil problemləri bizim problemlərimizə uyğundur, təhsildəki  ümumi durum isə bizim durumdan daha yaxşıdır. Amma bizdən fərqli olaraq onların alimləri təhsildəki problemləri görür, səsləndirir. Bu isə problemlərin nə vaxtsa həll ediləcəyinə ümid yaradır. Bizim  akademiyanın prezidenti deyəsən tərsinə qurulmuş təhsilimizin durumundan çox razıdır, bu mövzuda nə vaxtsa danışdığını görmədik”.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights