Təhsil desantlarına ehtiyacımız var

Təhsil ekperti, dosent İlham Əhmədova istinadən…

Son vaxtlar Türkiyə və Qazaxstan ilə təhsil sahəsində əlaqələr intesivləşir. Təbii ki, bu yaxşı haldır. Amma bu təhsilin avtomatik,  öz-özünə inkişaf edəcəyi mənasını  verməməlidir. Bunun üçün ciddi və səmərəli işləmək lazımdır. Bu isə sahəni bilməyi tələb edir.

Biz bu mövzuda son bir ildə  bir neçə məqalə yazmışıq və qeyd etmişik ki, bizim Türkiyədən gələn “təhsil desantı”na çox  ehtiyacımız var. Çünki, nazirlik və universitetlər səviyyəsində yeni nəfəsə, müasir bilgilərə, yaradıcılıq potensialına malik təhsil liderlərinə təlabatımız var. Azı 50 nəfər ETN-ə, 200-300 nəfər isə universitetlərə.  Bizdə belələri yoxdur, inanmayanlar təhsilimizin real vəziyyətinə bir daha baxa bilərlər.

Təhsil sahəsində strateji düşünsə və təhsilşünaslığı, beynəlxalq təcrübəni bilən belə menecerlər təhsilimizin inkişafına təkan verə bilər.

Natəvan BƏYDİLİ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir