Təbriz İnqilab Məhkəməsində milli-siyasi fəalların məhkəməsi olacaq

ELAZ.İNFO, BAKI, 06.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Ərdəbil sakini Əli Abdullahiyə istinadən xəbər verir ki,İran Məhkəməsi azərbaycanlı milli-siyasi fəallara qarşı ittihamlara baxılacaq vaxtı müəyyən edib
Məlumata əsasən, 4 cənubi azərbaycanlı milli-siyasi fəal, Yürüş Mehrəlibəyli, Hamid Yeganpur, İbrahim Əvəzzadə və Araz İbrahibnejada qarşı ittihamlar üzrə məhkəmə prosesi 2025-ci ilin may ayının 14-də Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində keçiriləcək.
Fəallara qarşı “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürülüb.
Qeyd edək ki, fəallar 2022-ci ilin sentyabrında həbs olunublar və üç aya yaxın təkadamlıq kamerada saxlandıqdan və fiziki və ruhi işgəncələrə məruz qaldıqdan sonra müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılıblar.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights