Susmaq Neytral Mövqe Deyil – Şəriklikdir

ELAZ.İNFO

Burada acı bir həqiqəti açıq demək lazımdır:

Bu cinayətlərə səssiz qalan hər kəs, bu cinayətin dolayı iştirakçısıdır.

Millət bilməlidir.Sən bu gün susursansa, sən bu gün “mənə dəymir” deyirsənsə, sən bu gün “vaxtı deyil” deyirsənsə, sabah fars molla faşizmi sənin qapında dayanacaq.

Tarix bunu dəfələrlə sübut edib. Repressiya heç vaxt bir yerdə dayanmaz. O, susqunluğu zəiflik, qorxunu isə fürsət kimi görür. Bu Məsələ Fərdi Deyil – Milli Məsələdir

Bağır Hacızadənin, digər siyasi məhbusların yaşadıqları şəxsi faciə deyil. Bu Güney Azərbaycan Türk Millətinə verilən kollektiv mesajdır.“Susun, yoxsa siz də olacaqsınız” hədəsidir Milli iradəni qırmağa yönəlmiş strateji zorakılıqdır

Bu səbəbdən cavab da fərdi ola bilməz. Cavab milli olmalıdır:

Milli şüur
Milli birlik
Milli müqavimət

Nəticə: Ya Susqunluq, Ya Şərəf .Bu gün Güney Azərbaycan Türk Millətinin qarşısında iki yol var:

Susmaq
– və bununla da fars molla işğalçı rejiminin cinayətlərinə şərik olmaq

Danışmaq, yazmaq, ifşa etmək, birləşmək
– və tarix qarşısında şərəfli mövqedə durmaq

Güney Azərbaycan Türk Millətinin siyasi məhbuslarına qarşı törədilən hər bir cinayət millətə qarşı törədilmiş cinayətdir. Və bu cinayətlərə susmaq – cinayətdir.Bu gün susanlar, sabah öz susqunluqlarının hökmünü yaşayacaqlar.
Tarix nə işğalçını bağışlayır, nə də susanları.

Rıza Qaraçay

Bizimlə oxuyun
Verified by MonsterInsights