Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır

ELAZ.İNFO xəbər verir ki, məşhur Azərbaycan şairəsi, “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvan 1832-ci ilin bu günü Qarabağda Şuşada xan ailəsində dünyaya gəlib.

Azərbaycan klassik ədəbiyyatının ənənələri üslubunda gözəl şeirlər və qəzəllər yaradan Natəvan həm də xeyirxah əməlləri ilə tarixə düşüb. Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır.

Fransanın tanınmış yazıçısı Aleksandr Düma “Qafqaz səyahəti” adlı xatirələrində Natəvanla görüşləri barədə ətraflı məlumat verib. Şairə fransız qonağa nəfis əl işləri, yazıçı isə xan qızına xatirə olaraq şahmat bağışlayıb.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights