Sürücülərə xəbərdarlıq

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə rəsmi xəbərdarlıq yayıb. Dekabrın 26-sı axşamdan başlayaraq temperaturun enməsi və dağlıq rayonlarda qar yağacağı gözlənilir. Xüsusilə Bakı-Şamaxı-Yevlax və Quba-Qusar yollarında duman və buzlanma ehtimalı var. Sürücülərdən qış təkərlərindən istifadə etmələri və sürət həddinə diqqət yetirmələri xahiş olunur. Paytaxtda isə güclü şimal küləyi binaların yanından keçən piyadalar üçün təhlükə yarada bilər.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights