Sürücülər diqqətli olun

ELAZ.İNFO xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin sükan arxasında ehtiyatsız davranışların təhlükəli nəticələr doğurduğunu bildirib.

Qurumun yaydığı məlumatda deyilir ki, bəzi sürücülərin hərəkət zamanı əllərini avtomobilin pəncərəsindən çölə çıxarması idarəetməni çətinləşdirir, qəza riskini artırır.

Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, sükan arxasında bu cür davranışa yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə olunacaq.

DYP sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights