Sürəyya Nəsib: -“Daim düşmən qalar nahaqla gerçək”

Həyatın Zamana görə şəkillənməsi, həmişə insanlığın həyat dərdlərinin cazibəsini ifadə edir.
İnsanlığın həyat dəyərini anlamaq, insanoğlunun düşüncəsinin fikir mübadiləsini idraki olaraq sorğulanmasını idraki olaraq ortaya qoyur.
İnsanın dünyəvi olaraq həyata baxışının formalaşması, mövcud həyatın ideallarını düşünmək üçün, insana yol açır.
Sürəyya Nəsibin lirikası düşündürücü həyat lirikası kimi, ictimai düşüncənin psixoloji halının dəyişimini öz lakonikliyi ilə könüllərə daşıyır.
..
Bu qədər dərd görür, intizar görür,
Yenə də ərimir buzu dünyanın.
“Acgözlər” dünyanı zəli tək sorur,
Tükü də ürpənmir “quzu dünyanın!”
Kimini isidir, kimi soldurur,
Tikanı bitirən gülü yoldurur.
Bu qədər dərdinə adam doldurur,
Yenə də doldurur “gözü dünyanın!”
….
Dünya həyatı əzəldən insanın həyati mübarizəsi ilə seçilir.
Nadanların həyat üzünün çalxantılarını əks etdirən həyat çiləsi, insanın könül dünyasının həyat bağlantısını realizə edir.
İnsan həyatının əsrarəngizliyi daima həyatın dəyərini ortaya qoyur.
Sürəyya Nəsibin lirikası öz fikir duyğusallığı ilə könül sevgisinin həyat axtarışını gücləndirir.
..
Nadan ədalətə göstərsə dirsək,
Daim düşmən qalar nahaqla gerçək.
Sözü, neytrona- atoma versək,
Olmaz danışmağa”sözü dünyanın!”
….
Eşq, ruhun Yaradana olan məhəbbətini yaradır.
Yaradana sığınmaq, insanın ali düşüncəsinin ruhaniyyətinə bağlılığını göstərir .
Həyati sıxıntıların mənəvi dərki, insanın könül sevgisinin hədəfini açıqlayır..
Sürəyya Nəsibin lirikası düşündürücü həyat ruhu ilə insanın fikir alışqanlığını təsdiq edir.
..
Olsaq ali eşqə -sevgiyə, dəstək,
Düzlüyü düz yola aparar , “məslək”.
Qəlbə qəm yerinə məhəbbət əksək,
Qumaşa çevrilər “bez”i dünyanın!”
..
Dünya həyatı, insan həyatının çırağnı yandırır.
İnsanın özünə qayıdışı, dünyanın maddi tərəfi ilə şərtlənsə də, Zamanın həyat axışı, insanın mənəvi aləmini yerindən oynadır.
Insanın həyat qayğılarının çözümü, dünya həyatını incələnməklə həyati olaraq sorğulanmasını bəlli edir.
Sürəyya Nəsibin lirikası düşündürücü həyat ruhu ilə insanın fikir alışqanlığını təsdiq edir.
İgid Babaların yoluyla getsək,
Dost ilə düşməni, səlist-düz seçsək.
Sürəyya, hərəmiz bir “ağac” əksək,
Cənnətə çevrilər, “düzü dünyanın! “
..
Qəlbin həyat aynası insan hisslərinin həyat ruhunu yaradır.
Həyat həqiqətlərinin uzlaşması, insan xarakterinin ruhi-psixoloji duymunu gücləndirir.
Könül dünyasının həyat işığında, düçüncənin fikir kamilliyi özünü təsdiqləyir.
Sürəyya Nəsibin lirikası düşündürücü həyat lirikası kimi ictimai həyatın xarakterini müəyyən mənada izah edir.
Şairənin lirikasının həyat ritorikası öz sağlam ruhu ilə bütövləşdirir insan hisslərini.
Uğurlar arzulayıram Şairə xanıma.
Nəsib ABİD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir