SÜNI INTELLEKT TƏHSILDƏ INQILAB EDƏCƏK

ELAZ.İNFO

SÜNI INTELLEKT TƏHSILDƏ INQILAB EDƏCƏK, ƏGƏR TƏHSIL SISTEMI DÜZ QURULUBSA, ƏGƏR MENECERLƏR YERİNDƏDİRSƏ.

   TEZİSLƏR 

Sİ təhsildə inqilab edəcək, əgər təhsil sistemi düz qurulubsa.
Sİ təhsili məhv edəcək, əgər təhsil sistemi tərs qurulubsa.
Təhsildə SI siyasətinin əsas strateji məsələsi budur: biz texnologiyaya uyğunlaşan insan yetişdiririk, yoxsa texnologiyanı idarə edən insan?
Təhsil meneceri Sİ ilə peşəkar düşünmə səriştəsinə malik olmalıdır. Təhsil menecerinin əsas keyfiyyət Sİ səriştəsindən çox, təhsil səriştəsi olmalıdır.
Əsas fəlsəfə texnologiyanın pedaqogikaya tabe olmasıdır.
Əgər pedaqogika süni intellektə tabe olarsa, onda mexaniki cəmiyyət, süni intellekt pedaqogikaya tabe olarsa, düşünən nəsil yetişdirə bilərik.
Təhsil meneceri özünə sual verməlidir:

  1. bizim təhsil sistemi SI-nin tətbiqinə hazırdımı?
  2. SI bu sistemi gücləndirəcək, yoxsa ifşa edəcək?
  3. Müəllimlərimiz bu dəyişikliyə hazırdırmı?
  4. Qiymətləndirmə sistemi SI dövrünə uyğundurmu?
    Təhsil menecerlər səriştəli olarlarsa, SI prosesləri sürətləndirər, avtomatlaşdırar, xərci azaldar.
    Sİ dövründə də əsas məsələ səriştəli kadrların düzgün seçilməsi və təyinidir. Təəssüf ki, bizim təhsil sistemində 15 ildir əksini görürük.
    Sİ-yə istiqaməti insan verir, mənanı insan yaradır, məsuliyyəti insan daşıyır.
    SI meneceri yox, menecer SI-ni idarə etməlidir.
    SI dövründə zəif menecer daha tez ifşa (biabr) olur.
    Güclü menecer isə SI-ni düşünmə tərəfdaşına çevirir.
    Təhsilin gələcəyi texnologiyada yox, onu idarə edən ağlın keyfiyyətindədir.

İlham ƏHMƏDOV

Dosent

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights