Süni intellekt hansı peşələri əvəz etməyəcək?

Bu haqda “Ümumdünya iqtisadi forumu” nə deyir?

İnsanlar arasında ciddi narahatlıq yaranıb: əksər insanlar süni intellektin (SI) təsiri ilə yaxın gələcəkdə əmək bazarının ciddi transformasiya edəcəyini deyirlər. İnsanlar düşünürlər ki, bir çox peşələrə ehtiyac olmayacaq, insanları SI əvəzləyəcək, əmək bazarında gərginlik yaranacaq, kütləvi işsizlik olacaqdır.

Ümumdünya İqtisadi Forumu SI əmək bazarını necə dəyişəcəyini və hansı peşələrin avtomatlaşdırılaraq Sİ tərəfindən  əvəzlənəcəyini araşdırıb.

2030-cu ilə qədər 92 milyon iş yeri yox olacaq, amma 170 milyon yeni iş yeri açılacaq. Ümumdünya İqtisadi Forumu qlobal iş bazarını öyrənib və proqnoz verib. İşəgötürənlərin 41%-i  SI səbəbindən işçi heyətin azalacağını düşünürlər. 

İT şirkətləri müasir SI agentlərini (Sİ proqramlarını ) aylıq $2000-dan $20,000-a qədər abunə ilə satacaqlar (və ya icarəyə verəcəklər). 
Sİ agentləri artıq bu gün professor səviyyəsində elmi yaradıcılıq edə bilir. Ehtimal edilir ki, 2026-cı ilə qədər SI sistemləri Nobel mükafatı laureatı səviyyəsində elmi araşdırma edə biləcəkdir.

Əmək bazarında qlobal tendensiyaların təhlili göstərir ki, 2030-cu ilə qədər SI bir çox biznes sahələrini transformasiya edəcək.

Ölkələrdə  demoqrafik dəyişikliklər müşahidə edilir. İnkişaf etmiş ölkələrdə əhalinin yaşlanması və aşağı gəlirli ölkələrdə əhali sayının artması göz qabağındadır. Geosiyasi dəyişikliklər də aydın görünür. Ticarət müharibələri və istehsalın öz ölkələrinə qaytarılması tendensiyaları özünü göstərir.

Ümumdünya İqtisadi Forumu iştirakçıları hesab edirlər ki, elə peşələr var ki, SI onları əvəz etməyəcək. Forumun tövsiyyələrinə görə, əsasən aşağıdakı peşələri SI əvəz edə bilməyəcək:

  1. Yaradıcılıq və incəsənət sahəsinə aid  peşələr: Yaradıcılıq tələb edən peşələr, məsələn, yazıçılar, rəssamlar, musiqiçilər və digər sənət sahələrində çalışan şəxslər SI tərəfindən tamamilə əvəz olunmayacaq. Hətta AI vasitəsilə yaradılan əsərlər olsa da, insan yaradıcılığı və unikal təcrübəsi hələ də önəmlidir.
  2. Psixoloqlar və psixoterapevtlər: İnsan hisslərini və davranışlarını anlamaq, onlara empati qurmaq və fərdi yanaşma tətbiq etmək, psixoloq və psixoterapevtlər üçün mühüm qabiliyyətlərdir. SI, müalicə və psixoterapiya sahəsində köməkçi vasitə ola bilər, amma bu peşə hələ də insan bacarıqlarına əsaslanır.
  3. Müəllimlər və təlimçilər: Təhsildə SI və rəqəmsal texnologiyalar böyük rol oynasa da, müəllimlər və təlimçilər hələ də tələbələrlə şəxsi əlaqə qurmalı, təlim prosesini idarə etməli və öyrənmənin emosional tərəflərinə diqqət yetirməlidirlər. SI, müasir təhsilin bir hissəsi olsa da, müəllimlərin yerini tam əvəz etməyəcək.
  4. Sosial işçilər: Sosial işçilər insanları dəstəkləyir, onların həyat şəraitini yaxşılaşdırmaq üçün şəxsi yanaşmalar təqdim edir və onlara emosional dəstək verir. Bu peşə də insan əlaqəsi və empatiya tələb etdiyindən, SI bu sahədə hələ əvəzləyici ola bilməyəcək.
  5. Liderlər və menecerlər: İdarəetmə, strateji qərarvermə və insanlara rəhbərlik etmək, həm də yüksək səviyyədə liderlik bacarıqları və sosial qabiliyyətlər tələb edir. SI, məlumat təhlili, avtomatlaşdırılmış sistemlərdə faydalı olsa da, liderlik və menecmentin insan aspektini əvəz etməkdə çətinlik çəkəcək.
  6. Əməkdaşlıq və əlaqə qurma:  İnsanlar arasındakı münasibətləri və əməkdaşlığı qurmaq, məsələn, hüquqşünaslar, satış mütəxəssisləri kimi peşələrdə SI çətinliklə tətbiq edilə bilər. Bu peşələr sosial bacarıqlara, əlaqələrə və insan təcrübəsinə əsaslanır ki, SI bunları tamamilə əvəz edə bilməz.

Bir çox peşələr SI tərəfindən əvəzlənə  biləcəyinə baxmayaraq, hələ də insan bacarıqlarına əsaslanır. Bu peşələr hələ uzun müddət ərzində bazarında öz mövqelərini qoruyacaqlar. Ümumdünya İqtisadi Forumu işçilərin yeni texnologiyalara uyğunlaşmasını, onların əlavə təhsil alaraq, yeni peşələr öyrənməli olacağının vacibliyini vurğulayır. 

Bu proseslər dünya təhsil sistemi qarşısında mürəkkəb məsələlər qoyur. Belə ki, əmək bazarının sürətlə dəyişməsi, az vaxtda yeni peşələrin yaranması bu peşələr üzrə kadr hazırlanma prosesini çətinləşdirir. Bu durum dünya ali və peşə təhsili sistemini, kollec və  universitetləri  yeni və çevik təhsil modelləri axtarmağa sövq edir.

Bizim iqtisadiyyat, əmək bazarı və təhsil sistemini yaxın gələcəkdə daha çətin sınaqlar gözləyə bilər. ETN, İN, ƏƏSMN və digər dövlət və özəl qurumlar elmi proqnozlar əsasında işlərini qurmalı, yüksək peşəkarlıq göstərməlidirlər, əks halda ölkənin əmək bazarı çətin duruma düşə bilər.

İlham ƏHMƏDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights