Şumerdən Mannaya: Musiqi alətlərimizin 5 min illik sirri və Türk sivilizasiyasının izləri

ELAZ.İNFO xəbər verir ki, tanınmış tarixçi və türkoloq alimlərin son araşdırmaları Azərbaycan mədəniyyətinin və Türk etnosunun dünya sivilizasiyasının formalaşmasında oynadığı aparıcı rolu təkzibolunmaz faktlarla sübut edir. Cənubi Azərbaycandan tapılan 5 min illik təsvirlərdən tutmuş mixi yazılarının dil strukturuna qədər bütün elmi yollar vahid bir kökə — Türk mənşəyinə çıxır.

Professor Abbas Seyidovun qeyd etdiyi kimi, Cənubi Azərbaycanın Giğamış ərazisində tapılan qədim qab üzərindəki təsvirlər heyrətamizdir. 5 min il yaşı olan bu təsvirdə: Saz tipli musiqi aləti tutan ozan, Qoşanağara və Zurna (keçibuynuzu) ifaçıları, Əlini qulağına qoyub oxuyan xanəndə obrazı yer alıb. Bu, Azərbaycan muğam və aşıq sənətinin köklərinin ən azı 5 min il əvvələ, birbaşa bu torpaqlara bağlı olduğunu sənədləşdirir.

Britaniyalı arxeoloq David Rohl və Amerikada yaşayan azərbaycanlı alim Tariyel Azərtürkün qənaətləri Şumer sivilizasiyasının mənşəyi ilə bağlı Avropa mərkəzli tarix elminə ciddi etirazdır. Tariyel Azərtürk vurğulayır ki, mixi yazılarının dili hələ ləhcələrə ayrılmamış vahid Türk dilidir. Britaniyalı alim David Rohl isə şumerlərin Misir fironlarından daha qədim olduğunu və onların türk mənşəli olması faktının bəzi Qərb dairələri tərəfindən qəsdən qəbul edilmədiyini bildirir.

Türkoloq Aydın Mədətoğlu Qasımlı öz tədqiqatlarında bir sıra dünya şöhrətli alimlərin (M.Belitski, E.Rekli, F.Qommel və b.) fikirlərinə istinad edərək şumerlərin İskibt-Türk mənşəli olduğunu əsaslandırır: Fransız alimi E.Rekli: Şumer dilində semit və ya İran izləri yoxdur, o, birbaşa Ural-Altay (Turan) dilləri ilə qohumdur. Dmitri Reder: Şumer dili quruluşuna görə (iltisaqi) ən çox Türk dilləri ilə müqayisə edilə bilər.

Siyasi Ekspert Rəyi: Bu elmi faktlar sübut edir ki, Azərbaycan türkləri bu coğrafiyada gəlmə deyil, ən qədim sivilizasiya qurucularının birbaşa varisləridir. Musiqi alətlərindən tutmuş dəfn adətlərinə qədər davam edən varislik, etnik və mədəni kəsintisizliyin ən böyük sübutudur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights