Süfrəmiz niyə bahalaşır?

ELAZ.İNFO xəbər verir ki, son aylarda dünya bazarlarında əsas ərzaq məhsullarının – buğda, şəkər və bitki yağlarının qiymətində müşahidə olunan dalğalanmalar yerli bazarlara da təsirsiz ötüşmür. Beynəlxalq ekspertlərin rəylərinə istinad edən ELAZ.İNFO bahalaşmanın arxasında duran əsas iqtisadi səbəbləri təqdim edir:

1. İqlim dəyişikliyi və məhsuldarlıq dünyanın əsas kənd təsərrüfatı ixracatçıları olan ölkələrdə baş verən quraqlıq məhsul itkisinə səbəb olur. Xüsusilə Hindistan və Braziliyadakı məhsuldarlıq aşağı düşdüyü üçün qlobal təklif azalır, bu da qiymətləri birbaşa yuxarı çəkir.

2. Logistika və “İdxal Edilən İnflyasiyan analitiklər qeyd edir ki, yanacaq xərclərinin yüksək olması tarladan süfrəyə qədər olan məsafədə məhsulun maya dəyərini artırır. Azərbaycan kimi ərzaq məhsullarının bir hissəsini xaricdən alan ölkələr üçün “idxal edilən inflyasiya” qaçılmaz xarakter daşıyır.

İqtisadçıların proqnozlarına görə, yaxın aylarda yerli istehsalın stimullaşdırılması bu təsirləri azalda bilər. Lakin qlobal gərginlik davam etdikcə, bəzi əsas ərzaq növlərində cüzi qiymət artımları ehtimalı qalmaqdadır.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights