Subsidiyalar və əkin bəyanları…

ELAZ.İNFO xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatı ilə məşğul olan şəxslərin məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri fermerlərlə görüşlər keçirərək, dövlət tərəfindən göstərilən aqrar xidmətlərdən səmərəli istifadə yollarını izah edirlər.

Keçirilən görüşlərdə fermerlərə əkin bəyanlarının vaxtında təqdim edilməsinin vacibliyi xüsusi vurğulanır. Bildirilir ki, bəyanların düzgün verilməsi aşağıdakı imkanları təmin edir: Dövlət tərəfindən verilən subsidiyalardan yararlanmaq; Digər aqrar dəstək mexanizmlərinə çıxış əldə etmək; Kənd təsərrüfatı xidmətlərindən operativ şəkildə faydalanmaq.

Fermerlərə izah olunur ki, əkin bəyanlarını həm Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM), həm də Masallı regional ASAN Xidmət Mərkəzinə müraciət etməklə həyata keçirə bilərlər. Görüşlər zamanı tələb olunan sənədlər və prosesin qaydaları barədə ətraflı məlumat kitabçaları və təlimatlar təqdim olunur. Maarifləndirmə işlərinin əsas hədəfi regionda kənd təsərrüfatı məhsuldarlığını artırmaq və dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin hər bir fermerə çatmasını təmin etməkdir. Bu istiqamətdə tədbirlərin rayonun bütün kənd və qəsəbələrində davam etdirilməsi nəzərdə tutulur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights