Sübhan Cəbrayılov adına peşə liseyində baytarlıq üzrə dövlət imtahanı başa çatdı

Salyan rayon Sübhan Cəbrayılov adına peşə liseyində baytarlıq üzrə dövlət imtahanı başa çatıb.

ELAZ.İNFO-nun Salyan bürosu xəbər verir ki, 25 iyun 2025 tarixində Sübhan Cəbrayılov adına peşə liseyində baytarlıq ixtisasına yiyələnən tələbələr diplom üzrə dövlət imtahanı veriblər.

İmtahanda 17 tələbə iştirak edib. 17 tələbədən ibarət bu ixtisas qrupu müxtəlif yaş kateqoriyalarını əhatə edib. Bunlardan 10 nəfər oğlan, 7 nəfər isə qızdır.

Rəhimov Seymur -46 yaş.
Bədəlova Ülkər -45 yaş
Şükürov Tural -43 yaş
Məmmədov Ruslan -43 yaş
Rəhimova Xoşbəxt -41 yaş
Zeynalov Vüqar -39 yaş
Hüseynov Kamran -38 yaş
Xəlilova Cəlalə -37 yaş
Əliyev Tural -33 yaş
Feyzullayeva Sevanə -30 yaş
Əliyeva Günel -26 yaş
Məmmədov Emin -26 yaş
Qarayev Rəşad -22 yaş
Məmmədov Fürqan -21 yaş
Cəfərova Ülkər -21 yaş
Kərimova Aysel -18 yaş
Bəbiri Rəsul -18 yaş

Bu yaş kateqoriyaları onu göstərir ki, dövlətimizin apardığı uğurlu siyasəti nəticəsində kənd təsərrüfatı və baytarlıq sahəsinə ötən illərə nisbətdə xeyli maraq artıb. Bu da ixtisasın uğur qazanması ilə yanaşı gələcəkdə yerli peşəkar mütəxəssislərin ölkəyə faydası deməkdir.

İmtahanın açıq və şəffaf şəraitdə keçirilməsinə baxmayaraq, mərkəzi agentlik tərəfindən müşahidə kameraları vasitəsilə onlayn şəkildə izlənərək müşahidə olunurdu.

İmtahan komissiyasının heyəti dörd nəfərdən ibarət idi.

Sədr
Ruslan Fətullayev

Asisentlələr
Xəlilov Elşad
Məmmədov Tamerlan
Soltanova Mətanət

İxtisas müəllimi
Əliyev Aslan

İmtahanın şəffaflığın təmin etmək üçün digər müəllimlər də müşahidə üçün çəlb olunmuşdur.

Tələbələr avqust ayının sonuna kimi diplomla mükafatlandırılacaqlar.
Bu barədə ELAZ.İNFO olaraq, oxuyucularımıza ətraflı məlumat verəcəyik.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights