Su gəlmir, gəlmir, təki marketlərin pulu gəlsin

Şikayət

-Heç Yezid belə 4 gün deyib, 14 gün su kəsməyib. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, dünəndən su kəsilib, küçədəki marketlərdə “Araz market” başda olmaqla şıdırğı su alveri gedir. 19 litrlik Sirab balonu 8,26 AZN… Lakin içməli suyun alveri… bəs təmizlik, yuyunmaq, ayaqyolu ehtiyacları…

İnsanlar təbii ehtiyaclarını ödəyə bilmir, ayaqyoluna gedə bilmir, xəstəlik mənbəyi olan antisanitariya təhlükəsi yaranıb. Su idarəsi keçən il də, başımıza eyni oyunu açdı. İndi də su gəlmir, elan verilib ki, 4 gün su olmayacaq… telekanalizasiyalar isə bu gündəm mövzusunu müzakirə etmək yerinə, diqqəti qəsdən başqa səmtə yönəltməyə çalışır…

Azərbaycanın yaltaq mediası və onun təhlükəli “zurnalist meduzaları” bu ölkənin daxili problemlərini kənara qoyub, yəhudi-fars müharibəsini müzakirə edirlər. Allah sizə ağıl versin,

P.S. Həmrəy olmamaq ən böyük faciələrimizdəndir…

Ramin ƏLİZADƏ

Bizimlə oxuyun
Verified by MonsterInsights