ELAZ.İNFO xəbər verir ki, dünən stolüstü tennisçilərimiz Çexiyanın Ostrava şəhərində keçirilən Avropa çempionatında iştirak etmək üçün yola çıxıb. Çempionat iyulun 20-dək davam edəcək.
Ölkəmizi Yağmur Məmmədli, Onur Quluzadə, Aylin Əsgərova, Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Rüstəm Hacılı təmsil edəcək. Gənc tennisçilərə rəhbərliyi baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov edəcək.
Məlumat üçün bildirək ki, çempionat yeniyetmə və gənclər arasında keçiriləcək.
Günel GÜNTAC