ELAZ.İNFO xəbər verir ki, MAGAizmin ideoloqu, Ağ Evin keçmiş baş strateqi və Trampın yaxın çevrəsinin üzvü Stiv Bənnon “The Economist”-ə verdiyi son müsahibədə Donald Trampın 3-cü müddətə prezident olmaq üçün cəhd edəcəyini təkid edir.
Bənnon:
-“Bəli, o, 3-cü müddətə gedəcək. Tramp 2028-ci ildə prezident olacaq və insanlar bunu sadəcə qəbul etməlidirlər.”
Jurnalist:
-“Bəs 22-ci düzəliş?” (Prezidentin iki müddətdən artıq seçilə bilməməsi haqda ABŞ Konstitusiyasına düzəlişi nəzərdə tutur)
Bənnon:
-“Çoxlu müxtəlif variantlar var. Vaxtı çatanda planımızı bildirərik, amma plan var və Tramp 2028-ci ildə prezident olacaq.”
Məlumat üçün deyim ki, 2028-ci ilin iyununda Trampın 82 yaşı tamam olacaq.
Deyəsən, Tramp ABŞ-ı dağıtmayınca Ağ Evdən çıxmayacaq. Elə Ağ Evi söküb yenidən tikməyə başlamasından məlum idi ki, o bu Evə həmişəlik gəlib.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
