SSRİ-nin xüsusi xidmət orqanları bunu terror aktı kimi qiymətləndirmədi

ELAZ.İNFO xəbər verir ki, 17 iyun 1984-cü il tarixdə Bakı şəhərində qanlı terror aktı baş vermişdi.

O gün Bakıdakı 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılmışdı. Təəssüf ki, Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirilmişdi.

Bu qanlı terror əməli nəticəsində iki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights