ELAZ.İNFO xəbər verir ki, 1978-ci ildə Bakıda baş verən bu hadisə bütün SSRİ-ni silkələyib.
Azərbaycan SSR-in daxili işlər naziri Arif Heydərov müavini və köməkçisi ilə birlikdə öz kabinetində güllələnərək qətlə yetirilir.
Bəs bu qətli kim və niyə törətmişdi?
İstintaq materiallarına əsasən aydın olmuşdur ki, Ziya Muradovun ilkin hədəfi Salahəddin Kazımov olmuşdur. Onlar arasında Ziya Muradovun vəzifədə irəli çəkilməsi məsələsinin uzun müddət həll olunmaması səbəbilə ciddi narazılıq yaranmışdı. Ziya Muradov əvvəlcə nazirin köməkçisi, polkovnik Əziz Safixanovu güllələyərək öldürmüş, daha sonra nazirin iş toplantısı keçirdiyi otağa daxil olmuşdur. Hücum zamanı otaqda olan Salahəddin Kazımova da üç dəfə atəş açmışdır. Toplantının digər iştirakçısı polkovnik İbrahimov hücuma heç bir şəkildə maneə törətmədən otaqdan qaçmışdır. O, sonradan verdiyi ifadəsində qatilin atəşlərin ardıcıllığını təsdiqləsə də, hadisə yerini dərhal tərk etdiyinə görə əlavə məlumat verə bilməmişdir.
Bəzi məlumatlara görə Arif Heydərov Ziya Muradovu silahsızlaşdırmağa cəhd etmiş və bu zaman yaralanmışdı. Hadisədən sonra Ziya Muradov özünü güllələyərək intihar etmişdir. Ağır yaralanan Arif Heydərov xəstəxanaya çatdırılsa da, həmin gün vəfat etmişdir.
N.B


