Söz və mətbuat azadlığının qorunduğu ünvan- Medianın İnkişafı Agentliyi

ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradıldığı gündür.

Bu əlamətdar tarix ölkəmizdə peşəkar, məsuliyyətli və müasir medianın formalaşması istiqamətində atılmış mühüm addımlardan biridir. Medianın inkişafı, informasiya təhlükəsizliyinin qorunması, söz və mətbuat azadlığının sağlam prinsiplər üzərində təşkili MEDİA Agentliyinin fəaliyyətində əsas dəyərlər kimi xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin doğru, operativ və obyektiv məlumatlandırılması yolunda görülən işlər təqdirəlayiqdir.

Bu münasibətlə Medianın İnkişafı Agentliyinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm iradə və davamlı nailiyyətlər arzulayırıq. Qoy sözünüz həmişə həqiqətə, əməyiniz dövlətə və xalqa xidmət etsin.

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights