Soyuq müharibə sonrası nələr yarandı?
İkinci dünya müharibəsindən sonra siyasət meydanında belə bir ifadə formalaşdı; “soyuq müharibə”. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə başa çatan soyuq müharibə dövrünün ardından qlobal siyasi, iqtisadi və hərbi dəyişikliklər baş tutdu. Bu dövrdə bir çox başlıca hadisələr və tendensiyalar yarandı.
Soyuq müharibədən sonra ABŞ yeganə super güc kimi qaldı və dünya siyasətində hegemon rolunu oynamağa başladı. NATO genişləndi və ABŞ-ın beynəlxalq münasibətlərdə təsiri daha da artdı.
SSRİ-nin dağılması ilə Rusiya çətin dövrlər yaşadı:
-iqtisadi böhranlar, siyasi qeyri-sabitlik və beynəlxalq nüfuzunun azalması. Lakin 2000-ci illərdən etibarən Vladimir Putin rəhbərliyində müəyyən stabillik və güc bərpa olunmağa başladı.
1990-cı illərdən sonra Şərqi Avropa ölkələri Avropa İttifaqına və NATO-ya üzv oldular. Bu, Avropaya inteqrasiyanı gücləndirdi.
Regional münaqişələrin artması;
soyuq müharibənin başa çatması ilə bəzi bölgələrdə (Balkanlar, Qafqaz, Orta Şərq) gizlənmiş etnik və siyasi ziddiyyətlər üzə çıxdı. Yuqoslaviya müharibələri, Qarabağ münaqişəsi, Çeçenistan müharibələri və s. buna misaldır.
Natəvan Bəydili