ELAZ.İNFO xəbər verir ki, 18 iyun Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Səfiyar Behbudovun dünyaya gəldiyi günüdür.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Məlumat üçün bildirək ki, Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur.
1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır.
Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur.
O, Bərdədə “Soy” Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.
Əli İBRAHİMOV