ELAZ.İNFO xəbər verir ki,SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərərək videogörüntülər yayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyi əməkdaşlarının dünən gecə saatlarında keçirdikləri tədbirlərlə yürüş təşkilatçıları olan İbrahim Əsədli, Abdulla İbrahimli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıblar, barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Aydan