ELAZ.İNFO xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl tam şəkildə həyata keçirilir. Qarşıdan gələn bayramlarla əlaqədar olaraq atılan bu addım vətəndaşların sosial rifahının təmin edilməsi məqsədi daşıyır. Martın 13-də respublika üzrə aşağıdakı ödənişlərin tam başa çatdırılması nəzərdə tutulub:
Müavinətlər; Təqaüdlər; Kompensasiyalar; Ünvanlı dövlət sosial yardımları (ÜDSY). Qeyd edək ki, pensiyaların ödənişi artıq ayın əvvəlində yekunlaşmışdı. Bu gün icra edilən ödənişlərlə isə mart ayı üzrə bütün sosial ödənişlər tam şəkildə yekunlaşmış olacaq. Vətəndaşlar vəsaitləri bank kartları vasitəsilə müvafiq bankomatlardan əldə edə bilərlər.
Dövlət Sosial Müdafiə Fondu bayram günlərində vətəndaşların maliyyə vəsaitlərinə əlçatanlığını təmin etmək üçün bu qərarın operativ şəkildə icra olunduğunu bildirib.
Ruslan MƏMMƏDOV