ELAZ.İNFO xəbər verir ki, keçmiş bloqer Əzimova Rövşanə Mübariz qızı sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə keçmiş həyat yoldaşı tərəfindən şantaja məruz qaldığını iddia edib.
Əzimova Rövşanə bildirib ki, ayrılıqdan sonra keçmiş həyat yoldaşı onun əvvəlki illərdə çəkilmiş açıq-saçıq görüntülərini müxtəlif sosial şəbəkə hesablarında yaymaqla ona təzyiq göstərir.
O bildirib ki, keçmiş həyat yoldaşı Elçin Hüseynov ilə təxminən 9 il əvvəl tanış olub. Onların rəsmi nikahı olmasa da, ailə kimi birgə yaşayıblar və həmin dövrdə Elçin Hüseynov onun ailəsi ilə birlikdə Rövşanə Əzimovanın evində qalıb.
Rövşanə Əzimova iddia edir ki, ayrılıqdan bir müddət sonra başqa bir şəxslə nişanlanıb və bundan sonra keçmiş həyat yoldaşı tərəfindən təzyiqlərlə üzləşməyə başlayıb. Onun sözlərinə görə, Elçin Hüseynov keçmişdə çəkilmiş açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Aydan