ELAZ.İNFO xəbər verir ki,İsrailin cənubundakı yeganə super tibb mərkəzi olan Negevdəki Soroka Xəstəxanası birbaşa ciddi zərbə alıb və tam fəaliyyətə nə vaxt qayıdacağı heç də bəlli deyil. Səhiyyə Nazirliyi infrastrukturun və binaların bərpası xərclərini bir milyard şekel qiymətləndirir.
Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tov bildirib ki, mühafizə olunan mərkəzi binanın tikintisini özündə ehtiva edən yeni tikinti planına ehtiyac var:- “Bu, bizim Maliyyə Nazirliyi və hökumətlə birgə işimizi, eləcə də xeyriyyəçiliyimizi tələb edir”.
Natəvan BƏYDİLİ
