Son Zəng – Yeni Başlanğıcın Səsi

Bu gün məktəb illərinin bir nağıl kimi arxada qaldığı, xatirələrin isə bir ömürlük iz buraxdığı gündür. Bu gün bir qapı bağlanır, başqa bir qapı – həyatın öz qapısı açılır…

Əziz məzunlar!

Sizə yeni başlanğıcınızda bol uğurlar, möhkəm iradə və tükənməz inam arzulayıram. Qoy məktəbdə qazandığınız bilik, əxlaq və dostluqlar həyatınızın hər mərhələsində sizə işıq tutsun.

Unutmayın: Son zəng – bir ayrılıq deyil, bir yüksəlişin başlanğıcıdır!

Əminəm ki, siz bu ölkənin sabahına işıq saçacaq vicdanlı, bilikli və mərd vətəndaşları olacaqsınız.

Uğur yolunuz açıq, arzularınız gerçək, sabahınız aydın olsun!

Son zənginiz mübarək!

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights