Son ucu ölümlü dünya…

Yavuz Bülənt Bakiləri də itirdik.

O, bütün Türk dünyasının böyük aydınlarından, işıqlı simalarından biriydi.

89 yaşında vəfat edən araşdırmaçı yazar, publisist və şair Yavuz Bülənt bəy öz ata yurdu Azərbaycanla da bağlı çoxsaylı şeirlər yazmışdı.

Onun babaları vaxtilə Qarabağdan Türkiyəyə köçüblər. Kökünü heç vaxt unutmayan Yavuz Bülent Bakiler Azərbaycan haqqında həmişə böyük sevgi, coşqu ilə danışardı.

Çox şirin bir təbi, danışıq tərzi vardı. Rahat və rəvan danışırdı. Fikirləri sözləri su kimi duru idi. Etkili və axıcı danışmaq üslubu yaratmışdı. “Kitabsız və kitabxanasız bir evin mağara qaranlığından heç bir fərqi yoxdur”, “Kitabsız və kitabxanasız müsəlman-türk evi olmaz!” deyərdi hər zaman.

Ruhu şad olsun.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights