Son günlər ətin qiyməti bahalaşıb

ELAZ.İNFO xəbər verir ki, son günlər ətin qiymətinin bahalaşması ilə bağlı bəlli bir təbliğat aparılır.

Bu cür xəbərlərin geniş şəkildə tirajlanması, təsadüfi deyil. Bu prosesdə ət bazarına nəzarət edən oliqarxların məqsədyönlü fəaliyyəti var. Onlar xarici ölkələrdən gətirdikləri , çox zaman keyfiyyətsiz olan ət məhsullarının daxili bazarda istədikləri qiymətə satmaq üçün kimlərləsə işbirliyi qurub.

Kəndli öz torpağını becərmək üçün ən sadə ehtiyac – su tapmaqda çətinlik çəkir. Halbuki, elə həmin kəndlinin sahəsinin yanında yerləşən, müəyyən vəzifəli şəxslərə məxsus min hektarlarla torpaq sahəsi su ilə rahat şəkildə təmin olunur.

Bir sözlə, kəndlinin kənddən qaçması üçün hər vasitədən istifadə olunur. Torpağını becərə bilməyən, məhsulunu sata bilməyən kəndli məcbur qalıb kənddən şəhərə üz tutur. Bu isə nə ərzaq təhlükəsizliyi, nə də davamlı kənd təsərrüfatı inkişafı baxımından qəbuledilən deyil.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights