Rusiya Federasiyasında spirtli içki istehlakı ilə bağlı son statistik göstəricilər açıqlanıb. Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, ölkə əhalisi arasında alkoqola meyillilik son beş il ərzində əhəmiyyətli dərəcədə azalıb.
ELAZ.İNFO xəbər verir ki, 2025-ci ilin yekunlarına görə, ölkədə hər nəfərə düşən orta illik alkoqol istehlakı 8,06 litr (təmiz etanol ekvivalentində) təşkil edib.Rəqəmlər rusiyalıların zərərli vərdişlərdən uzaqlaşdığını sübut edir: 2020-ci il: Adambaşına düşən istehlak 9,06 litr idi. 2025-ci il: Göstərici 8,06 litrə enib. Cəmi 5 il ərzində istehlak səviyyəsində 11% azalma qeydə alınıb.
Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş Səhiyyənin İnkişafı Strategiyasına əsasən, bu azalma trendinin davam etdirilməsi planlaşdırılır. Əsas hədəflər bunlardır İstehlakın azaldılması: 2030-cu ilə qədər göstəricini 7,8 litrə çatdırmaq. Alkoqol asılılığının azalması hesabına vətəndaşların orta yaş həddini və həyat keyfiyyətini yüksəltmək. Məktəblərin yaxınlığında içki satışının qadağan edilməsi və qanunsuz çatdırılma xidmətlərinə qarşı cəzaların sərtləşdirilməsi istiqamətində yeni qanun layihələri hazırlanır. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya tibbi-demoqrafik göstəricilərə, xüsusilə ürək-damar xəstəliklərindən və bədbəxt hadisələrdən ölüm hallarının azalmasına birbaşa təsir göstərəcək.
Ruslan MƏMMƏDOV