ŞOK qadağa Ruslar ölkəyə buraxılmır

ELAZ.İNFO xəbər verir ki, Polşa hakimiyyəti Rusiya vətəndaşlarını, hətta etibarlı Şengen vizası olsa belə, ölkəyə buraxmaqdan imtina edə bilər. Bu barədə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş məlumat verib.

Diplomatın sözlərinə görə, 2022-ci ilin sentyabrından etibarən Polşa hakimiyyəti Rusiya vətəndaşlarının əksər kateqoriyaları üçün girişi bağlayıb. Bu qadağa başqa dövlətlər tərəfindən verilmiş biznes, turizm və özəl Şengen vizalarına da şamil edilir. Bundan əlavə, 2023-cü ilin sentyabrından Rusiyada qeydiyyatda olan minik avtomobillərinin Polşaya girişi də qadağan edilib.

Qeyd olunur ki, məhdudiyyətlər təkcə sıravi vətəndaşlara deyil, həm də Polşa ərazisində ATƏT xətti ilə keçirilən tədbirlərdə iştirak edən Rusiya vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı tətbiq olunur. Məsələn, 2025-ci ilin oktyabrında Polşa tərəfi “təhlükəsizlik mülahizələri” ilə Rusiyanın QHT nümayəndələrinin vizalarını ləğv edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights