ŞOK HADİSƏ: Anası Rədd Etdi

ELAZ.İNFO xəbər verir ki, İtikava zooparkında yaşayan “Panç” adlı Yapon makakasının hekayəsi dünya mətbuatında böyük rezonans doğurub. Hələ doğulanda anası tərəfindən rədd edilən, daha sonra isə öz dəstəsi tərəfindən vəhşicəsinə qovulan balaca makakanın taleyi hər kəsi sarsıdır.

Zoopark işçiləri tərəfindən xüsusi qayğı ilə böyüdülən balacanın tək təsəllisi süni oyuncaq oaranqutan olub. Bu oyuncaq onun üçün əsl “əvəzedici ana” rolunu oynayır. Lakin dəstəyə qayıtmaq istəyən Panç, digər meymunların amansız hücumlarına məruz qalıb.

Ekspertlərin fikrincə, bu cür davranış primatlar arasında sərt iyerarxiya və stress faktorları ilə bağlıdır. Pançın yenidən ailə tapıb-tapmayacağı isə hələ də böyük sual altındadır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights