ŞKTC naziri Türk dövlətlərinə təşəkkür edib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Türk dövlətlərinə təşəkkür edib.

 ELAZ.İNFO xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu ölkəsinə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusda çıxış etmək imkanı yaratdıqlarına görə Türk dövlətlərinə təşəkkür edib.

Nazir qeyd edib ki,“Biz Azərbaycanın qələbəsini sevinc göz yaşları ilə izləyirdik .İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü”.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights