“Skit qızılı”nın “oğurlanması” ilə bağlı cinayət işi açdı

ELAZ.İNFO xəbər verir ki, Rusiya İstintaq Komitəsi məşhur “Krım kolleksiyası”nın (Skit qızılı) Ukraynaya verilməsini “mədəni dəyərlərin talanması” kimi qiymətləndirərək cinayət işi başladığını elan edib. İttihamlar Niderland və Ukraynanın vəzifəli şəxslərinə, həmçinin Amsterdam Universitetinin Allard Pirson Muzeyinin rəhbərliyinə qarşı yönəlib.

Mübahisə predmeti olan kolleksiya 2013-cü ildə Almaniya və Niderlandda nümayiş etdirilmək üçün Krım muzeylərindən çıxarılmışdı. Kolleksiyaya 565 unikal muzey əşyası daxildir. Sığorta dəyəri minimum 117 milyon rubl olsa da, bir çox artefaktların dünyada analoqu olmadığı üçün onlar “qiymətsiz” hesab olunur. Cinayət işi Rusiya CM-nin 164-cü (xüsusi tarixi dəyəri olan əşyaların oğurlanması) və 190-cı (mədəni dəyərlərin geri qaytarılmaması) maddələri ilə açılıb. 2013-cü il: Eksponatlar sərgi üçün Krımdan Avropaya aparılır. 2014-cü il: Krım Rusiya tərəfindən ilhaq edilir. Həm Ukrayna, həm də Krımdakı (artıq Rusiya tabeçiliyində olan) muzeylər kolleksiyanı tələb edir. 2021-ci il: Amsterdam Apellyasiya Məhkəməsi qızılların Ukraynaya təhvil verilməsi barədə qərar çıxarır. Rusiya tərəfi bu addımı “qanunsuz mənimsəmə” adlandıraraq beynəlxalq hüquqi müstəvidə təqib başladır.

Rusiya İstintaq Komitəsi bəyan edib ki, cinayətin Rusiya Federasiyasının mənafelərinə qarşı yönəldiyini nəzərə alaraq, xarici vətəndaşlar da Rusiya qanunları qarşısında məsuliyyətə cəlb oluna bilərlər. İstintaq çərçivəsində kolleksiyanın geri qaytarılmamasına cavabdeh olan bütün şəxslərin kimliyi müəyyənləşdiriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights