Mən hesab edirəm ki, yas mərasimlərində ehsanat verilməsinə müəyyən hədlər qoyulmalıdır. Bəlkə da kiçik bir çay süfrəsi ilə kifayətlənmək lazımdır. Allah da israf edənləri dost tutmur. İmkanlı insanlar isə ehsanat üçün nəzərdə tutduğü məbləğin müəyyən hissəsinı kımsəsiz ailələrə, yaşadığı ərazidə abadlıq işinə yönəldə bilər ki, bu da davamlı ehsanat kimi dəyərləndirilir! Biz artıq öz kəndimizdə bu məsələni gündəmə gətirib, əməl etməyə başlamışıq. Son hüzün mərasimlərində bir gün, yalnız mərhumun 3 günü ehsanat verilir. Digər günlərdə sadə çay süfrəsi təşkil edilib. Buna sona qədər əməl edilsə, yaxşı olar.
Rüstəm ƏLİYEV