Son prezident seçkilərində İran adlanan dövlətin fars-molla hakimiyyət sistemi Güney Azərbaycan Türk Millətinin milli hisslərini, tarixi problemlərini və emosional dəyərlərini sistemli şəkildə manipulyasiya edərək “ümid” oyunu qurdu. Bu oyun Kontrast Manipulyasiya Metodunun klassik nümunəsidir: xalqın diqqəti sistemli işğal gerçəyindən uzaqlaşdırılıb, şəxsi obraz üzərinə yönləndirildi – “Məsud Pezeşkiyani”.
Hakimiyyət bu ssenaridə Pezeşkiyanini “Türkün səsi”, “bizdən olan” kimi təqdim edərək milli məsələlərin “İran daxilində demokratik həll oluna biləcəyi” görüntüsünü yaratdı. Bu isə xalqın düşüncə və qərarvermə orqanının emosional mexanizmlərlə ələ alınması deməkdir. Kontrast Oyunu Necə Quruldu Rejim aşağıdakı psixoloji kontrast modelini tətbiq etdi. Real gerçəklik Seçkidə yaradılan görüntü
Sistem türk kimliyini qadağan edir Türk prezident xalqı müdafiə edəcək
Urmu gölü dövlət tərəfindən qəsdən qurudulub Prezident seçilsə göl bərpa ediləcək
Güneyin sərvətləri Tehrana transfer olunur “Süngün” misinin gəliri bölgədə qalacaq
Türk dili dövlət üçün təhlükə kimi görülür Türk dilində məktəblər açılacaq. Bu, şüurlu yalançı ümid istehsalıdır. Heç bir vədin qanuni, iqtisadi və institusional mexanizmi yox idi. Manipulyasiya kimlərə təsir etdi?
Aşağıdakı sosial qruplar hədəfə alınmışdır:
Kimlikdən qismən uzaqlaşdırılmış şəhər mühitindəkilər, televiziya və sosial media ilə yönləndirilən kütlə, sistemə adaptasiya olunan bürokratik təbəqə,İran çərçivəsində islahat mümkündür” düşüncəsinə alışdırılmış insanlar.Bu kütlə üçün “Şəxslə qurtuluş” modeli satıldı, halbuki məsələ sistemin özüdür.
Niyə Hələ də Bəziləri Reallığı Qəbul Etmir? Bu, psixologiyada kognitiv dissonans adlanır. İnsan səs verdiyi seçimin səhv olduğunu qəbul etmək istəmir. Özünü aldadılmış hesab etmək ağrılıdır. Buna görə beyin öz-özünə bəraət izahları istehsal edir. Bu, fərdin keyfiyyəti deyil — manipulyasiya mexanizminin peşəkarlığıdır.
Hakimiyyətin Əsas Məqsədi
Milli oyanışı seçki çərçivəsinə yönləndirmək,istiqlal modelini radikal və qeyri-realist göstərmək. Güney Azərbaycanın milli enerjisini sistemdaxili ümidə bağlamaq.Zaman qazanmaq və xalqı yorub passivləşdirmək.
Əsl hədəf: Güney Azərbaycan Türk Millətinin öz dövlət ideyasından uzaqlaşdırılması.
Reallıq:Türk dili İran sistemində qanunla qadağalıdır. Urmu gölü qəsdən iqtisadi-siyasi layihənin qurbanıdır. Sərvətlər bölgəyə qayıtmayacaq – çünki qanuni struktur bunu imkan vermir. Milli hüquqlar yalnız müstəqil siyasi suverenliklə təmin oluna bilər. İran daxilində həll yoxdur.
Həll – Müstəqil Güney Azərbaycan Türk Dövlətidir.
Pezeşkiyani seçki ssenarisi Güney Azərbaycan Türk Millətinə qarşı tətbiq edilən ən ustalıqlı siyasi manipulyasiya əməliyyatlarından biri idi. Kütlənin etibarı şəxsə yönləndirildi, sistem isə toxunulmaz saxlandı.
Bu hiyləni aşmaq üçün Milli mübarizə şəxs üzərindən yox, dövlət modeli və sistem üzərindən qurulmalıdır.
Mübarizənin mərkəzi: Hakimiyyətin kim olduğu yox, hakimiyyətin kimə məxsus olduğudur.
GAMMŞ–İC-in Strategiyası
Milli şüurun yenidən strukturlaşdırılması.Konstitusiya əsaslı Müstəqil Cümhuriyyət Modelinin təqdimatı.Milli iqtisadiyyat və özünüdövlətləşmə proqramları.Diaspora – daxili koordinasiya sistemi
Mətbuat və psixoloji informasiya müharibəsi planı. Güney Azərbaycan Türk Millətinin azadlığı – ümidlə deyil, sistem və təşkilatla qazanılacaq.
Bizim yolumuz İstiqlaldır.
Rıza Qaraçay GAMMŞ–İC PR Araşdırma Mərkəzi
