Siyasi məhbusların edam ediməsinə çağırış

ELAZ.İNFO xəbər verir ki, Tehran fürsətdən istifadə edərək narazı fəalları edam edəcək.

SEPAH-a aid “FARS” agentliyi İran-İsrail müharibəsi zamanı ölkədə İsrailə informasiya və kəşfiyyat dəstəyi verənlərin hamısının edam edilməsini istəyib.

“İndiki şəraitdə bəzi muzdlu ünsürlər İsrailin və Qərbin casus şəbəkəsinə və düşmən qüvvələrinə məlumat verdiklərinə görə, 1988-ci ildəki kimi edam olunmağa layiqdirlər”,- agentlik yazıb.

 1988-ci ildə İran-İraq müharibəsinin bitməsindən  sonra İran həbsxanalarındakı siyasi məhbuslar bir neçə gün içində edam edilib.

İsrail-İran qarşıdurmasının bitməsindən sonra isə ölkədə yüzlərlə insan “İsrailə casusluq” ittihamı lə həbs edilib.

İnsan haqları təşkilatları 1988-ci ildəki faciənin təkrar olunacağı və Tehranın fürsətdən istifadə edərək narazı fəalları edam edəcəyi barədə xəbərdarlıq ediblər.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights