ELAZ.İNFO xəbər verir ki, Şirvan Reabilitasiya Mərkəzində 28 May Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Əməkdaşımız Ruslan Məmmədov Şirvan Reabilitasiya Mərkəzində 28 May Müstəqillik gününə həsr olunmuş tədbirdə əlilliyi olan şəxslər, qazilər, şəhid ailələri ilə görüşüb, onlara göstərilən qayğılarla maraqlanıb.
Mehriban xanım Siracovanın təşkilatçılığı ilə baş tutan konsert Azərbaycan himni və Şəhidlərin bir dəqiqəlik sükutla yad olunmasından sonra mərkəzin direktoru tərəfindən aşıq elan olundu.
Proqramda vətənpərvər mahnılar, şeirlər səsləndirildi.
Proqramda əlillərlə yanaşı həkim kollektivi də iştirak edidi.
Tədbirdə əlilliyi olan şəxslərin əl işləri və digər istedadları da nümayiş etdirildi. Reabilitasiya mərkəzində müalicə alanlar ümumilikdə dövlətin qayğısından razı olduqlarını hər növ dərman və digər əlil üçün köməkçi vasitələrlə vaxtlı-vaxtında təmin olunduqlarını söylədilər. Qeyd edək ki, Şirvan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.
Mərkəz Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla, dietik və rasional qidalanmasının təşkili, habelə yaş və sağlamlıqları nəzərə alınmaqla, mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.
Məlumat üçün bildirək ki, müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla, toplam 14 çarpayılıqdır. Tədbirə dəvət aldığımız üçün sonda Şirvan Reabilitasiya Mərkəzinin həkim kollektivinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.


Ruslan MƏMMƏDOV